-
- 1-10-2019, 15:40
- 1 191
"A bala, əlindəkini yerə qoy" - TELEFONLA OYNAYAN AHILLARIMIZ - FOTOREPORTAJ
“Bu gəmi yaşlılıq adlanır. Heç kim onda üzməyə tələsmir, amma kabinələr həmişə doludur” – Stiven Kinq
1990-cı il dekabrın 14-də BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı 1 oktyabr tarixinin Beynəlxalq Ahıllar Günü kimi qeyd edilməsinə qərar verilib.
Ölkəmizdə isə Beynəlxalq Ahıllar günü mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən etibarən qeyd olunur.
News24.az paytaxtda yaşayan yaşlı nəslin nümayəndələri haqda fotoreportaj hazırlayarkən, maraqlı mənzərələrə şahid olub.
XXI əsrin ahılları çox zaman gəncləri mobil telefondan istifadə etməkdə qınasa da özləri də texnologiyanın aludəçisi olublar. Və bu mənzərə fotokameramızın obyektivindən yayınmayıb.
P.S: “Yaxşı bir həyat yaşayan qocanı xoşbəxt saymaq lazımdır. Gənci yox” - Epikür
Ən azı 100 yaşayasınız! Bayramınız mübarək!
FOTO: Fərid Şabanov