Daha bir marşrut sürücüsü  təhlükə yaratdı- BAKIDA
    • 27-08-2019, 14:18
    • 1 121

Daha bir marşrut sürücüsü təhlükə yaratdı- BAKIDA

Bakıda qayda pozan marşrut avtobusunun sürücüsü təhlükəli hərəkət edib.

News24.az "Report"-a istinadən xəbər verir ki, avqustun 26-da paytaxtın Sabunçu rayonunda (Maştağa qəsəbəsində) hərəkətdə olan 90-VX-962 qeydiyyat nişanlı avtobusun sürücüsü, içi dolu sərnişinlə 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətə çıxıb. O, axına qarşı hərəkət edərək həm sərnişinlərin, həm də qarşıdan gələn sürücülərin həyatını təhlükəyə atıb.

Qeyd edək ki, bu cür qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi (100 manat 4 bal) ilə inzibati xəta tərkibi yaradır.