Bakıda üç avtomobil toqquşub - - Foto
    • 1-10-2019, 23:02
    • 1 014

Bakıda üç avtomobil toqquşub - - Foto

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə İslam Səfərli küçəsində qeydə alınıb.

Məhəmməd Qurbanovun idarə etdiyi “Renault” markalı avtomobil iki yolun kəsişməsində "Ford" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Renault" yol kənarında hərəkətsiz dayanan “BMW” markalı minik avtomobilinə də çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib və araşdırma aparılır.