Bakıda dəhşətli qəza : maşın 3 hissəyə bölündü - ölənlər və yaralananlar var - VİDEO
    • 3-03-2020, 10:54
    • 1 062

Bakıda dəhşətli qəza : maşın 3 hissəyə bölündü - ölənlər və yaralananlar var - VİDEO

Bakının Nərimanov rayonunda dəhşətli qəza baş verib. Qəza zamanı iki avtomobil toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.

News24.az APA-ya istinadla xəbər verir ki, Ziya Bünyadov prospektində “Tofaş” markalı avtomobil “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zərbənin gücündən “Tofaş” üç hissəyə ayrılıb, “Hyundai” isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.
Yol Patrul Xidmətinin əməkdaşlarının verdiyi ilkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.