-
- 2-10-2019, 14:41
- 1 452
“Həssas qrupa aid olan uşaqların və ailələrin çətinlikləri çox ola bilər»- UNİCEF-in Azərbaycandakı nümayəndəsi
“Uşaqların erkən inkişaf dövründə məktəbəqədər hazırlığa cəlb olunmaları onların məktəbə daha yaxşı hazırlaşması üçün əhəmiyyətlidir. Çünki erkən inkişaf dövrü uşaqların beyinlərinin ən sürətlə inkişaf etdiyi dövrdür. Həmin dövrdə uşaqlar bir çox şeyləri çox asan mənimsəyirlər".
News24.az-ın xəbərinə görə, bunu "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimat mərasimində çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan deyib.
Onun sözlərinə görə, məktəbəqədər hazırlıq təkcə uşaqların inkişafı üçün yox, həm də ölkənin iqtisadi inkişafı, cəmiyyət üçün vacibdir: "Araşdırmalara görə, erkən yaşda uşaqların inkişafına qoyulan investisiya ölkənin iqtisadi inkişafı üçün yatırılan ən yaxşı investisiyadır. Bu, uşaqların ağıllı, savadlı, xoşbəxt olmasına və öz potensiallarını daha yaxşı inkişaf etdirmələrinə imkan yaradır. Belə uşaqlar böyüdükdə öz cəmiyyətlərinə daha çox fayda verə bilərlər. Çünki onların əmək qabiliyyəti daha yüksək olur. UNICEF ölkənin gələcəyi üçün Təhsil Nazirliyi ilə bir neçə layihə həyata keçirib. Burada Avropa İttifaqının da maliyyə dəstəyini qeyd eləmək lazımdır. İcmalarla işləmək həyata keçirdiyimiz layihələrdən biridir. İkinci modelimiz də var ki, bu da məktəbə hazırlıq layihəsidir. Məktəbəhazırlıq layihəsində çox böyük nailiyyətlər əldə etmişik. 5-6 yaşlı uşaqların 75 faizi 1 illik məktəbə hazırlıq təhsilinə cəlb olunurlar. 3-5 yaşlı uşaqların isə təhsilə cəlb olunması 24 faizdən 36 faizədək yüksəlib. Hesab edirik ki, bu layihənin nəticəsində daha böyük artım öz əksini tapacaq".
Min Yuan bildirib ki, bu layihədə inklüzivlik də çox vacibdir: "Həssas qrupa aid olan uşaqların və ailələrin çətinlikləri çox ola bilər. Ona görə onları bu layihələrə cəlb etmək çox vacibdir. Əlilliyi olan uşaqların cəmiyyətdəki iştirakını nə qədər çox təmin edə bilsək, bu, onların həyatına o qədər çox müsbət təsir edə bilər. Bizim 2021-ci ilə qədər olan dövrü əhatə edəcək yeni ailə əsaslı inklüziv layihələrimiz var. Biz öyrənmə modelini həyata keçirmək istəyirik. İnklüziv təhsil layihəsi ilə bağlı daha çox imkanlar yaratmaq istəyindəyik".
Afaq Mirayiq