Məktəbəqədər hazırlığa gələn uşaqların sayı artıb
    • 14-03-2019, 14:01
    • 917

Məktəbəqədər hazırlığa gələn uşaqların sayı artıb

“Hazırda məktəbəqədər hazırlığa gələn uşaqların sayı 90 faizi təşkil edir”. 

News24.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev canlı yayım zamanı deyib. Şöbə müdiri bildirib ki, bu, sevindirici haldır:
“Əvvəl bu rəqəm 25 faizi, sonra isə 75 faizi təşkil edirdi. Amma hazırda isə 90 faizi təşkil edir. Uşaqların məktəbəqədər hazırlıq dərslərinə gəlməsi xeyli çoxalıb. Bu baxımdan da 1-ci sinif dərsliklər ona rəhbər tutularaq, hazırlanır”.

Emin Əmrullayev qeyd edib ki, ucqar bölgələrdə hansısa səbəblərdən məktəbəqədər hazırlıq dərslərinə gələ bilməyən uşaqların məlumatı olsun deyə, yayda hansısa formada dərslərin keçirilməsinə çalışılır. Şöbə müdiri onu da əlavə edib ki, riyaziyyat dərsliyi ilə bağlı inkişaf var.

Daha sonra E. Əmrullayev ibtidai siniflər üçün hazırlanan yeni kitablar haqda məlumat verib. 1-ci siniflər üçün ehtiyat dərsliklərin hazır olduğunu deyən Şöbə müdiri qeyd edib ki, respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir və eləcə də hazırda ikinci sinif üçün dərsliklərin hazırlanır.

Emin Əmrullayev qeyd edib ki, məktəbəqədər hazırlıq dərslərinə gələn uşaq uaqların qavramasında problem olmur:
“Uşaqların hazırlıq dərslərinə getməməsi müəllimlər üçün çətin olur. Çünki bir sinifdə uşaqların bir qismi hazırlıqlı olsa da, bir qismi məlumatsız olur. Bu zaman uşaqlarda əziyyət çəkir”. 

Sevinc YASİNQIZI