MSK katibi Rafael Cəbrayılov haqda:
    • 2-10-2019, 17:10
    • 1 010

MSK katibi Rafael Cəbrayılov haqda: "ONUN MANDAT ADINI DAŞIMAĞA HAQQI YOXDUR"

“Rafael Cəbrayılov Milli Məclisə müraciətində qeyd edib ki, guya o, III və IV çağırış deputat vəsiqəsini girov qoyub”.

News24.az
-ın xəbərinə görə, bunu MSK katibi Mikayıl Rəhimov deyib. MSK katibi bildirib ki, R. Cəbrayılov müraciətdə bunun yalan olduğunu vurğulayıb: “Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK- ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri-səmimi davrandığını göstərir. Deputat mandatından kənar fəaliyyətlə məşğul olursansa, bu, həm öz adına, həm də  Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər deputat mandatından imtina etmək istəyirdisə, o birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Ancaq o, Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur"”, - deyə o əlavə edib.