-
- 2-10-2019, 17:39
- 880
"Çox əxlaqsız işdir..." - XALQ ŞAİRİ QƏZƏBLƏNDİ
Bu gün Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi uçurulub.
News24.az xəbər verir ki, baş verən hadisə geniş müzakirələrə səbəb olub.
Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca bu hadisəyə sərt reaksiya verib:"Bu çox əxlaqsız işdir. Mikayıl Müşfiq canını vətəni uğrunda qurban verib. Onu o zamanlar vətən xaini kimi qələmə vermişdilər. Amma Müşfiqi ittiham edənlər özləri xain çıxdılar. Şair yüz, min illər yaşayır. Görünür, bu gün də Mikayıl Müşfiq mübarizə aparır, ondan qorxanlar və onu qanmayanlar var. Büstü götürmək zəruridirsə də, onu hörmətlə götürüb başqa yerə yerləşdirmək olardı. Unutmamalıdırlar ki, bu, bir şairin. həm də, nakam getmiş şairin büstüdür. 21-ci əsrdə belə bir halın baş verdiyini ağlıma belə gətirə bilmirəm. Belə əməli bu torpaqda yaşayıb Müşfiqi tanıımayanlar, onun kimliyini dərk etməyənlər edib. Çünki Müşfiqi bilən, onu anlayan heç kimin buna əli gəlməzdi. Görünür ki, biz insanlara yaxşı təhsil verə bilmirik".
Sevda Bayramova