Şamaxıda Əlillərin Regional Bərpa Mərkəzi YARADILACAQ
    • 3-10-2019, 10:41
    • 1 309

Şamaxıda Əlillərin Regional Bərpa Mərkəzi YARADILACAQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin respublika üzrə reabilitasiya infrastrukturu daima genişləndirilir, mövcud infrastruktur isə müasir standartlara uyğunlaşdırılaraq yenidən qurulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu məqsədlə cari ildə Şamaxı rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin tikilməsi nəzərdə tutulub.

Yeni yaradılacaq reabilitasiya müəssisəsində Şamaxı və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərin səmərəli bərpa müalicəsi alması üçün kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.