Bakıdan ucqar kənd məktəbinə  yollanan müəllimə:
    • 3-10-2019, 11:18
    • 1 516

Bakıdan ucqar kənd məktəbinə yollanan müəllimə: "Bu kəndi o qədər sevirəm ki... - FOTOLAR

"Bu yaxınlarda xala olmuşam. Kəndi o qədər sevirəm ki, Bakıya getməyə tənbəllik edirəm. Günümüz çox xoş keçir".


Bu sözləri News24.az-ın Qubaya ezam olunmuş müxbirinə verdiyi açıqlamasında Quba rayonu Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində informatika müəlliməsi işləyən Samirə Məmmədli deyib. İmtahandan 40 bal toplayan müəllimə seçiminin niyə məhz ucqar kənd olduğunu belə açıqlayıb: "Kənd yerini çox sevirəm. Bakıda tıxac və insan sıxlıq var. Həm də kənd yerlərində informatika ixtisası üzrə müəllim çox azdır. Kənd məktəblərində nə qədər çox müəllim olsa, uşaqların biliyi bir o qədər də yüksək olar. Universitetə yüksək bal ilə daxil ola bilərlər.


Elə şəxslər informatika müəllimi olmaq istəyirdi ki, heç kompüteri açmağı belə bilmirdilər. Bu da mənə pis təsir edib. Sinif rəhbərimiz bir dəfə bizə üç ildən sonra özümüzü harada gördüyümüz barədə sual vermişdi. Cavabım isə ucqar kənd məktəbində müəllim olmuşdu. Bu yaxınlarda xala olmuşam. Kəndi o qədər sevirəm ki, Bakıya getməyə tənbəllik edirəm. Günümüz çox xoş keçir". 


Teymur Məmmədov, 
Bakı-Quba