57 bal toplayan və ucqar kəndi seçən müəllimə:
    • 3-10-2019, 15:16
    • 2 383

57 bal toplayan və ucqar kəndi seçən müəllimə: "Düşündüm ki, kənd uşaqlarının mənə ehtiyacı var" - FOTO

"Rəfiqəm ona dəstək olmaq üçün məni də imtahana qeydiyyatdan keçirdi. Gördüm ki, suallar asandır. Növbəti il isə öz istəyimlə imtahana qatıldım və 57 bal topladım".

Bu sözləri News24.az-a Qəçrəş kənd İbrahim Şahmərdanov adına tam orta məktəbin müəllimi Ələsgərova Fidan deyib. Sumqayıt Dövlət Universitetinin Filalogiya və Azərbaycan dili Ədəbiyyatı fakültəsini, daha  sonra isə  Bakı Slavyan  Universitetində magistranı bitirən F.Ələsgərova bunları deyib: "Bakıda yetəri qədər müəllim var. Düşündüm ki, bölgələrimizdə həqiqətən də müəllimlərə ehtiyac duyulur. Ona görə də məhz buranı seçdim. Buraya gəldikdən sonra isə düşüncələrimdə yanılmadımı anladım".

Teymur Məmmədov,
Bakı-Quba