Bakı Metrosunda ən uzun eskalator hansıdır?
    • 3-10-2019, 11:37
    • 1 486

Bakı Metrosunda ən uzun eskalator hansıdır?

Bakı Metropolitenində ən uzun eskalatorun uzunluğu 100 metrə qədərdir.

Bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib.
Z.Hüseynovun sözlərinə görə, həmin eskalatorlar "Xətai" stansiyasında quraşdırılıb:

"Həmin eskalatorların uzunluğu 100 metr, hündürlüyü isə 48 metrdir".

Z.Hüseynov həmçinin qeyd edib ki, metropolitendə təhlükəsizliyi təmin etmək üçün bir sıra işlər görülüb. /trend/