Təmirdə olan Xətai stansiyasından YENİLİK
    • 11-06-2019, 12:46
    • 783

Təmirdə olan Xətai stansiyasından YENİLİK

Metronun Xətai stansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.

News24.az xəbərinə görə, bunu “Bakı Metropoliteni”ni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: “Artıq stansiyada yeni eskalatorların quraşdırılması başa çatıb. Biz çalışırıq ki, “Xətai” stansiyasını mümkün qədər tez sərnişinlərin istifadəsinə verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”. 

Afaq Mirayiq