-
- 3-10-2019, 16:40
- 653
Paşinyandan fərqli olaraq, İlham Əliyevə böyük HÖRMƏTLƏ YANAŞILIR - MÖVQE
"Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasına dəvət olunması dünyada ona olan böyük hörmətin göstəricisidir. Hesab edirəm ki, bu, həm də çox mühüm əhəmiyyət kəsb edən məsələdir".
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov deyib.
A. Hüseynov bildirib ki, İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin şəxsi dəvəti ilə Soçiyə səfər etməsi Azərbaycan Prezidentinin nüfuzunun təkcə MDB məkanında deyil, eyni zamanda dünyada həddindən artıq böyük reytinqə malik olduğunu bir daha sübut edir: “Rusiya Prezidenti eyni zamanda, bu iclas çərçivəsində Azərbaycan Prezidenti ilə geniş müzakirələr aparacağının anonsunu verib. Prezident İlham Əliyevin isə bu mötəbər tədbir çərçivəsində çoxsaylı yüksək vəzifəli dövlət xadimləri ilə görüşləri keçirəcəyi gözlənilir.
Azərbaycan Prezidenti ona görə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət edilib ki, dövlət başçımızın səsləndirdiyi fikirlər beynəlxalq aləmdə ciddi rezonans doğurur. Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq sülhə və təhlükəsizliyə böyük töhfələr verir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu tədbirə qatılması tədbirin imicini daha da yüksəldir”.
Deputat xatırladıb ki, bir neçə gün öncə İrəvanda Avrasiya İqtisadi İttifaqı Sammiti keçirilib: ”Həmin tədbirin sonunda isə Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla görüşdü. Görüş zamanı isə Rusiya və Ermənistan arasında nə iqtisadi, nə siyasi, nə də hərbi cəhətdən nəsə əldə etmək mümkün olmadı. Çünki iki ölkə sadəcə eyni təşkilatda təmsil olunduğu üçün bir araya gəldilər. Daha sonra Putinin Koçaryanın həyat yoldaşı ilə görüşməsi sanki Paşinyana sərt şillə kimi dəydi. Hesab edirəm ki, N. Paşinyan bundan nəticə çıxarmalı və həyata keçirdiyi ikili siyasətin mümkünsüzlüyünü anlamalıdır. Bütün bunlar onun Ermənistanda belə nüfuzunun aşağı düşməsinə xidmət edən amildir”.
YAP-çı deputat Sona Əliyeva isə APA-a açıqlamasında deyib ki, Avrasiya İqtisadi İttifaqı Sammitinin Yerevanda keçirilməsinə baxmayaraq, Nikol Paşinyanın Vladimir Putinlə görüşünün son anda baş tutması Ermənistan baş nazirinə olan münasibətin göstəricisidir.
Onun sözlərinə görə, Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahiş olunub: “Bütün bunlar isə BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə bilməyib, yalnız selfi çəkdirməklə özünə təskinlik verən N. Paşinyanın növbəti dəfə böyük dövlətlərin başçıları tərəfindən qəbul edilmədiyini təsdiqləyir”.
Deputat qeyd edib ki, N. Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır: “Hətta Ermənistan mediası, ekspertləri də etiraf edirlər ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir. Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsinə baxsaq, tədbirlərdə iştirak edən dövlət və hökumət başçıları, nüfuzlu elm və mədəniyyət xadimləri Prezident İlham Əliyevlə görüşmək üçün müraciət ediblər. Bu, Prezident İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir”.
S.Əliyeva hesab edir ki, Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir. /APA/