-
- 4-10-2019, 02:13
- 1 142
“Qarabağ”a qarşı növbəti TƏXRİBAT
Bu gün UEFA Avropa Liqasının "A” qrupunda Lüksemburqda baş tutan "Dudelanj” – "Qarabağ” matçında erməni təxribatı baş verib.
News24.az xəbər verir ki, ancaq komandamıza qarşı təxribat bununla bitməyib. Oyundan sonra Avropa Liqasında keçirilən oyunların nəticələrini və turnir cədvəlini dərc edən məşhur "Livescore” saytı "Qarabağ”a qarşı təxribata yol verib.
Sayt "Dudelanj” üzərində qələbə sayəsində qrupda faktik 2-ci pilləyə yüksələn "Qarabağ”ı 3-cü sırada göstərib. Komandamızın 2-ci yeri isə "Dudelanj”a "bağışlanıb”.
Yazı yayıma hazırlandığı bu dəqiqələrdə "Livescore” qeyd olunan təxribatı hələ də aradan qaldırmayıb.