-
- 20-08-2018, 15:49
- 1 353
"Anam 3 gündür ölüb, mən də üstündə yatmışam"
İzmirdə mənzillərin birində divanın altından adyala bükülmüş qadın meyiti tapılıb. Qadının ölümündə şübhəli şəxs kimi qızı saxlanılıb.
Dünən axşam saatlarında 43 yaşlı Xədicə.A eyvana çıxaraq “Anam 3 gündür ölüb, mən də üstündə yatırmışam” deyə qışqırmağa başlayıb.
Hadisə yerinə gələn polislər qadının adyala bükülmüş cəsədini divanın altından çıxarıblar. Faktla əlaqədar qadının 14 ildir birlikdə yaşadığı qızı şübhəli qismində saxlanılıb.
Xədicə.A ifadəsində anasını sonuncu dəfə avqustun 16-da gördüyünü deyib. Axşam işdən evə gələndə anasını evdə görmədiyini və bu barədə polisə məlumat verdiyini bildirib. Ötən gün axşam saatlarında evə gələndə qəribə qoxu hiss etdiyini və səbəbi araşdırarkən anasının cəsədini aşkarladığını bildirib.
Araşdırmalar zamanı isə Xədicə.A-nın anasının itkin düşməsi ilə bağlı polisə məlumat vermədiyini məlum olub. Onun 3 gün ərzində eyvanda yatdığı bildirilir.
Hazırda polis faktla bağlı araşdırma aparır.