-
- 4-04-2019, 18:14
- 1 354
İtkin düşən qadının meyiti 6 aydan sonra yaşadığı binanın altından tapılıb
Rusiyanın Samara şəhərində yaşayış binasının eyvanlarının altından qadın meyiti tapılıb.
News24.az xəbər verir ki, şəhər sakini 34 yaşlı Lina Storojeva 2018-ci ilin oktyabr ayında itkin düşüb. O, anası və oğlu ilə çoxmənzilli binanın 1-ci mərtəbəsində yaşayıb.
Ötən ilin 14 oktyabrnda evdən çıxan Lina bir daha evə gəlməyib. Onun itkin düşməsi ertəsi gün bəlli olub. Linanın sonuncu cavabsız zənglərdən ibarət mobili evdə tapılıb. Amma qəbul olunan son zənglərin əksəriyyəti silinib.
Qadının keçmiş həyat yoldaşı onun oğurlandığını ehtimal edib və təkid edib ki, nəzarət kameralarına baxlsın. Kameralarda Linanın səhər saat 5 radələrində evdə çıxdığı, 12 dəqiqədən sonra isə bloka qayıtığı görüntülənib. Lakin evə girməyən Lina o vaxtdan yoxa çıxıb.
Qohumları bildirib ki, Lina son vaxtlar iş yerində problemlər yaşadığını bildirirmiş. O, böyük avtosalonların birində sığorta agenti vəzifəsində çalışıb.
Bu il martın 21-i Linanın yaşadığı binanın gözətçiləri həyətdə yır-yığış edərkən iki eyvanın arasında qarın altından onun cəsədini tapıblar.
Hazırda təhqiqatçılar Linanın ölümünün səbəblərini araşdırırlar.