Balakən sakinindən silah GÖTÜRÜLDÜ - FOTO
    • 4-10-2019, 10:35
    • 2 101

Balakən sakinindən silah GÖTÜRÜLDÜ - FOTO

Balakən sakinindən tapança götürülüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.

Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.