Zaqatala sakinindən SİLAH GÖTÜRÜLDÜ
    • 2-03-2020, 13:44
    • 588

Zaqatala sakinindən SİLAH GÖTÜRÜLDÜ

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən  keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş  və hal-hazırda elektron qolbaq daşıyıcısı Əşrəf Hacızadə saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.


Faktla bağlı Zaqatala RPŞ-də Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.