-
- 4-10-2019, 10:10
- 639
“Düdelanj” - “Qarabağ” oyununda DAHA BIR INSIDENT OLUB
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda daha bir insident baş verib.
News24.az “Lessentiel” portalına istinadən xəbər verir ki, oyunun keçirildiyi “Jozi Bartel” stadionunun dayanacağında bir neçə avtomobilin şüşələri sındırılaraq qarət olunub. Oğurluq dayanacağın üçüncü mərtəbəsində, matç yarımçıq dayandırılan zaman baş verib.
Polis pul və qiymətli əşyaların oğurlanması ilə bağlı araşdırmaya başlayıb.Hadisə yerinə gələn polis əməkdaşları qarət olunan avtomobillərdən barmaq izləri götürüblər. Həmçinin zərərçəkənlərə bildirilib ki, nəzarət kameralarının qeydə aldığı görüntülərə baxılacaq.
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.