Azərbaycanlı qadın dollar yandıranlara dərs keçdi
    • 20-08-2018, 16:46
    • 787

Azərbaycanlı qadın dollar yandıranlara dərs keçdi

Türkiyədə dollardan imtina edilməsi sosial şəbəkələrdə ən çox müzakirə mövzusuna çevrilib. 

Bu aksiyaya Azərbaycanda da qoşulublar. Aksiya ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir.

Bununla bağlı sosial şəbəkələrdə yeni video yayılıb. Videoda azərbaycanlı qadın əlində 5 və 10 dollarlar tutub. Onun əlində cəmi 25 dollar var. Qadın əvvəlcə dollarları yandıracağını deyir. Daha sonra pulları yandırmaqdan imtina edir və bildirir ki, bu aksiya mənasızdır.

“Pulları yandırmağa əlim gəlmir. Niyə? Burdan dollarları yandıran harınlamışlara deyirəm ki, bu pulları yandırana qədər, onu imkansızlara verin. Özünüzü az reklam edin və bir işə yarayın”, - deyə qadın bildirib.
Həmin görüntüləri təqdim edirik: