Dollarların turşusunu qoydu
    • 27-09-2018, 18:20
    • 809

Dollarların turşusunu qoydu

Gaziantepdə Pul muzeyi  işçisi Esat Kaplan, valyuta məzənnəsində  dəyişiklik sonrası evro və dollarını  türk puluna çevirməyənlərə reaksiya verib.

 News24.az xəbər verir ki, Esat, muzeyindəki dollarları turşunun içinə ataraq, hərkəsi əlində olan dollarını türk lirəsinə çevirməyə çağırıb.

 O, Dollara və ABŞ-a ən böyük cəza onların pulunu öz pulumuza çevirirək, işlətməməkdir deyib.

Esat Kaplan,dolların sadəcə Türkiyədə deyil, bütün dünyada reaksiya aldığını deyib və əlavə edib ki, “Dollar dünya pulu olmamalıdır.Türk milləti olaraq bunu bacaracıq. Xalqıma səslənirəm. Siz də əlinizdəki dollarları tl-ə çevirin, öz pulumuza yönəlin. Dollarınızın turşusunu qoymayın” deyib.

 Çünki əldə tutulan hər bir dollar,  aid olduğu ölkə üçün qazancdır.

Şəlalə Ağayeva