-
- 4-10-2019, 16:25
- 1 064
İkinövbəli təhsil: VALİDEYNLƏR OD PÜSKÜRDÜ
Məktəblərin iki növbəli olması valideynlərin ciddi narazılığına səbəb olub.
News24.az-a danışan valideyn Əfsanə Əskərova bildirir ki, 6-cı sinifdə oxuyan qızı günorta növbəsində təhsil alır. Onun sözlərinə görə, dərslər saat 12-də başlayıb 5-də qurtarır: “Evə gəlib çatınca saat 6 olur, bu uşaq yeməyini yesin, yoxsa dincəlsin? Uşağın əlavə heç nəyə vaxtı qalmır. Dərslər də o qədər çoxdur ki, oxuyub çatdıra bilmir”.
Oğlu 82 saylı məktəbdə oxuyan Zemfira Çərkəzli də məktəbdə dərslərin iki növbəli olmasından şikayətçidir: “Saat 12-1 arası dərs başlayır, 5-6-da bitir. Uşağımın nə düz-əməlli dərslərini oxutdura, nə də yedirə bilirik. Mən də istəyərəm uşağım dərsdən gəlsin, yeməyini rahat yesin, bir az dincəlsin, dərsləri ilə məşğul olsun, arada- bir həyətə çıxsın. Uşağımın dərslərindən sonra idmana getməsi arzusu elə ürəyimdə qaldı. Heç öz dərslərini çatıdırb oxuya bilmir”.
“Səhər oxuyan uşaqlar dərsi daha tez qavrayır...”
Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, şagirdlərin sayının çox olması iki növbəli təhsili zəruri edib: “Amma dünya təhsil təcrübəsinə görə deyə bilərəm ki, birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Həm də valideyinlər səhər saatlarında işə gedir. Uşaqların dərsə təhlükəsiz aparılması və gətirlməsi kimi məsələlərinə də təsir göstərir. Pedaqoji araşdırmalara əsasən qeyd edim ki, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günorta vaxtı. İbtidai siniflər üzərindəki uzunmüddətli müşahidələrim əsasında deyə bilərəm ki, səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur. İkinci növbədə isə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil oluna bilər. Bu baxımdan, tədris müəsisələrinin bir növbəli olması daha məqsədəuyğundur. Ümumilikdə tədrisin iki növbəli olmasının mənfi tərəfləri çoxdur. Öncə ona görə ki, şagird üçün gün yarıya bölünür. İkinci növbə dərs həm uşaqlara, həm də valideynlərə xoş təsir bağışlamır. Çünki valideynin iş qrafikində qarma-qarışıqlıq yaranır. Statistik göstəricilər əsasında deyə bilərəm ki, məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında daha çox müşahidə olunur. Valideyn həmin ərəfədə işdə olur və övladına nəzarət edə bilmir. Düzdür, uşaqların, əsasən də, ibtidai siniflərdə təhsil alan şagirdlərin səhər saat 8-də dərsdə olması, onların oyanmasında çətinliklər yaradır. Amma bu müvəqqəi olaraq baş verir. Şagirdlərin inkişafı üçün onların erkən oyanması vacibdir. Hesab edirəm ki, sıxlıq yaşayan məktəblər bu problemi illər üzrə növbəli etməklə həll edə bilərlər. Belə ki, bir tədris ilində səhər saatlarında oxuyan şagirdlər, növbəti ildə günota saatlarında dərsə getsinlər”.
“Yeni məktəb tikməklə iki növbəli təhsil sistemindən imtina etmək lazımdır”
Kamran Əsədov hesab edir ki, Azərbaycanın ümumtəhsil məktəbləri yeni məktəblərin tikilməsi hesabına iki növbəli təhsil sistemindən imtina etmək lazımdır: “Düşünürəm ki, respublikanın bütün məktəbləri üzrə bir növbəli və beş günlük təhsil həftəsinə keçmək lazımdır. Bu həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həm də vahid tədris müddətinin formalaşmasına gətirib çıxaracaq. Qeyd etdiyim məsələnin həll olunması üçün bu sahədə uzun müdətdir ki, araşdırma apardım. Və qeyd olunun problemin həll olunması üçün 6500 yeni məktəb, 730 məktəb üçün korpus, 2000 məktəbin isə təmir etdirilməsi lazımdır. Son 10 il ərzində 3 min məktəbin tikilməsi və ya təmir edilməsi şagird sıxlığını kəskin şəkildə azaldıb. Bununla belə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəbsə azdır. Həmin siniflərə 30-40 nəfər uşaq cəmlənir. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəlliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedoqoji tələb yerinə yetirilməlidir.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə News24.az-ın suallarına cavab olaraq bildirildi ki, ibtidai təhsil səviyyəsi üzrə I siniflərin şagirdləri mütləq qaydada birinci növbədə oxumalıdırlar. Digər siniflərin növbəliliyi məktəbin malik olduğu maddi baza və şəraitə uyğun tənzimlənir.
Afaq Mirayiq