-
- 27-09-2019, 18:31
- 1 278
“Direktor intriqaları ilə valideynləri və müəllimləri sıxışdırır”- 16 saylı Humanitar liseydə QALMAQAL
“Direktor Aynurə Hacıyeva rus bölməsində oxuyan uşaqları sıxışdırır. Hansısa müəllimlə şəxsi münasibətinə görə rus bölməsini bağladı, valideynlərin etirazından sonra bərpa elədi. Amma indi də sinfə üç fəndən dərs deyən müəllim gətirmir. Uşaqlarımız ibtidai sinifdən travma aldılar. Onların günahı nədir?”
Bunu 16 saylı Texniki humanitar Liseyin valideynləri və müəllimləri News24.az-a şikayətlərində bildiriblər.
Valideyn Samirə Sadiyevanın sözlərinə görə, övladı 4-cü sinifdə oxuyur: “Sinifdə 18 şagird qalıb, bəziləri dözməyib uşaqlarını məktəbdən çıxardı. Bir müddət əvvəl rus bölməsini tamam bağlayırdılar, biz ölkə başçısına şikayət etdikdən sonra rus sektoru bərpa olundu. İndi də direktor bizdən bunun hayıfını çıxır. Məktəbdə fizika, kimya, informatika müəllimi yoxdur. Uşaqlara bu dərslər tədris olunmur. Belə olmaz axı... İbtidai sinifdə oxuyan uşağın təhsil təməli belə qoyulur”.
Valideyn iddia edir ki, direktor paralel sinifdə dərs deyən iki müəllimlə mübahisəsi yarandıqdan sonra məktəbdə rus bölməsinə aqressiv münasibət sərgiləyir: “Direktor şəxsi problemlərinə görə, uşaqları, valideynləri niyə incitməlidir? Müəllimlərə niyə problem yaratmalıdır? Müəllimlərə işləmək imkanı vermir. Şəhərin mərkəzində olan məktəbə boş vakansiya açmır ki, yeni müəllim gəlsin. Bizim uşaqların günahı nədir ki, təhsizlsiz qalıblar. Onun bir müəllimlə münasibəti pisdirsə, bütün sinifdən acıq çıxmaq haqqını kim ona verib?”
Şikayət edən digər valideynlər də məktəbdəki başqa çətinliklərdən danışıblar: “11- ci sinfə venetka üçün fotoqraf gətirmək istədik, direktor qoymadı. Dedi, ancaq biz dediyimiz fotoqraf olmalıdır. Eyni zamanda, dərsdən sonra məşğələlərə də icazə vermədi. Valideynlərin çoxu işdə olur. Dərsdən sonra müəllimə uşaqları hazırlaşdırırdı, ona da qadağa qoydu. Təsəvvür edin, bu xanım 9-cu sinfin rus bölməsini bütünlükdə 8 nömrəli məktəbə keçirdi”.
Qeyd edək ki, məsələ ilə bağlı 16 saylı texniki humanitar liseyin direktoru ilə əlaqə saxlamağa cəhd etsək də, münasibət bildirilmədi.
Məktəbdə yaranan problemlə bağlı Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət etdik/ Hər iki quruumdan məsələnin araşdırılacağı bildirilib.
Afaq Mirayiq