-
- 19-09-2018, 20:30
- 4 158
Birinci sinif uşaqlarının PROBLEMİ - Dərslər niyə saat 8-də başlayır?
Bir neçə gündür yeni tədris ilinə start verilib. Dərs ilinin elə ilk günündən problemlər başlayıb. Beülə problemlərdən biri 6 yaşında birinci sinfə gedən şagirdlərlə bağlıdır. Belə ki, valideynlərin çoxu məhz birinci sinfə gedən uşaqlarına görə narahatdır. Səbəb də odur ki, dərslər saat 8-də başlayır.
Üstəlik elə məktəblər var ki, təhsil sahəsinə yenilik gətirib. Nəzərə alsaq ki, birinci sinfə gedən uşaqların məktəb mühitinə alışması, dərs yükünü daşıması bir qədər vaxt aparacaq, o zaman dərslərin 8-də başlaması belə çətinliklər yaradır.
Əslində, qayda necə olmalıdır?
Birinci sinif şagirdlərinin səhər saat 8-də dərsdə olması vacibdirmi?
Təhsil eksperti Kamran Əsədov açıqlamasında deyib ki, birinci siniflər üçün dərslər bir qədər gec başlamalıdır.
“Hesab edirəm ki, məktəbdə dərslər digər siniflərdə saat 8-də başlayırsa, I siniflərin dərsi saat 9-da başlamalıdır. I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər.
Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar. Bir vacib məsələni qeyd etmək istəyirəm ki, Azərbaycan təhsil qanunvericilik aktlarına görə hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur. Yəni məktəblər bu saatları Təhsil Nazirliyinin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində dərslərin bu amilləri nəzərə almaqla, bir qədər geç başlanılması mümkündür.
Düşünürəm ki, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək bu reqlamenti özləri müəyyən edə bilərlər. Çünki uşaqlar səhər saatlarında yuxudan oyanmaq və dərsə gəlməkdə çətinlik çəkirlər”.
//modern.az