"Düşüklük edirlər..." - Rəşad Sadıqov QƏZƏBLƏNDİ
    • 4-10-2019, 20:25
    • 765

"Düşüklük edirlər..." - Rəşad Sadıqov QƏZƏBLƏNDİ

"Bizim üçün vacib səfər oyunu idi. Başa düşürdük ki, əgər oyunda qalmaq istəyiriksə, səfərdən yaxşı nəticələrlə qayıtmalıyıq. Elə ilk dəqiqələrdən çalışırdıq ki, aqresiv oyun nümayiş etdirək və nəticə də oyun uğurlu alındı. İki qoldan sonra biraz rahatlaşdıq. Daha sonra isə məlum səbəblərdən oyuna fasilə verildi, amma buna baxmayaraq ki, biz pozulmadıq, tam sürətlə oyununumuzu davam etdirdik və sonda qələbə çaldıq"

News24.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırarkən söyləyib:
"Bizim üçün əsas xalın qazanılması idi. Çünki düşünürəm ki, 2-0 sürüşkən hesabdır. Əgər, rəqibin təslim olmasını istəyiriksə, 3 hətta 4 qol vurmalıyıq ki, oyun bitsin. Qarşıdaki oyuna da ciddi hazırlaşacağıq"
Rəşad Sadıqov bayraq məsələsinə də toxundu:
"Onlar çox kəm düşüncəlidirlər, intellekt səviyyələri aşağıdır özlərini ucuz tutub, düşüklük edirlər. Guya bununla neynədilər bizə? Onlar bir daha millət olaraq zəif olduqlarını sübüt etdilər. Mənə etirazını bildirmək istəyirsənsə, gəl bayraqla otelin qabağına daha belə ucuz variantlara əl atmayın. O, dronu da yəqin ki, məxfi şəkildə oraya gətiriblər. Halal əziyətimizlə uğur qazanırıq bunlar da gəlib göydə bayraq fırladırlar. Necəki orada cavabımızı verdik elə indidən sonra da belə olacaq. O, mənim üçün bayraq deyil. Hakim oyuna çıxmağımızı istədi, amma biz tələb etdik ki, o ordan çıxsın ancaq sonra. Daha sonra təhlükəsizlik gücləndirildi və biz oyunumumuza davam etdik. Bu məqam hər kəs üçün həssasdır".


Sevda Bayramova