-
- 4-10-2019, 22:27
- 742
Dövlət başçılarının “Valday” iştirakçıları ilə qeyri-formal görüşü olub - Fotolar
Oktyabrın 3-də Soçidə dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub.
News24.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış ediblər.
Prezident Vladimir Putin deyib:
-Hörmətli dostlar, xanımlar və cənablar, həmkarlar.
İcazə verin, sizin hamınızı qeyri-rəsmi şəraitdə bir daha salamlayım. Bu məkanda işə uzun illər boyu maraq göstərdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Mənim fikrimcə bu məkan yaxşı, davamlı format kəsb edib və mütəxəssislərin, özü də təkcə mütəxəssislərin yox, həm də demək olar ki, geniş ictimaiyyətin layiqli hörmətini qazanmışdır.
Mənə belə gəlir ki, bu illər ərzində hətta müəyyən komanda yaranıb. Bu komanda çoxmillətli və sözün yaxşı mənasında bizim xalqın dediyi kimi, müxtəliftərkibli, amma hər halda komandadır.
Mən həmkarlarıma - artıq burada olmayan, lakin o bilir, təşəkkür sözlərimi eşidib, İordaniya Kralına, Prezident Duterteyə, həmçinin burada iştirak edən Qazaxıstan və Azərbaycan prezidentlərinə ayrıca təşəkkürümü bildirmək istəyirəm. Sizin hamınızı salamlamaq üçün məmnuniyyətlə onlara söz verirəm.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Valday forumuna dəvətə görə mən də Vladimir Vladimiroviçə təşəkkür etmək istərdim. Bu forumun işində iştirak etmək böyük şərəfdir.
Mən artıq demişəm ki, forum aktual məsələlərin müzakirəsi üçün ən mühüm beynəlxalq məkanlardan biridir. Bugünkü mövzu Şərqə həsr edilmişdi. Lakin təbii ki, biz bu mövzunun çərçivəsindən kənara çıxdıq. Mənə belə gəlir ki, bu gün həqiqətən çox maraqlı, səmimi diskussiya keçdi, panelin hər bir iştirakçısı öz fikrini sərbəst ifadə edə bildi. Siz də qeyd etdiyiniz kimi, bizim fikrilərimiz çox cəhətdən üst-üstə düşürdü.
Zənnimcə bugünkü panel tərəfdaşların, dostların, həmfikirlərin paneli idi. Bugünkü panelə verdiyi töhfəyə görə Vladimir Vladimiroviçə xüsusi təşəkkür edirəm, işin əsas ağırlığı onun üzərinə düşürdü. Biz də bacardığımız qədər kömək edirdik. Bir daha sağ olun. Hamınıza firavanlıq diləyirəm.
Yeri gəlmişkən, demək istərdim ki, zalda da çoxlu köhnə dostlarımı, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarını gördüm. Vladimir Vladimiroviç, ürəyinizdə arzu tuta bilərsiniz - Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun iki məzunu arasında əyləşmisiniz.
Prezident Vladimir Putin: Mənim arzum budur ki, bizim işimizin nəticələri real siyasətdə əməli fayda versin, bizim diskussiyalar dünyanın ən mühüm problemlərinin həllinə müxtəlif ölkələrin yanaşmalarında onların mövqelərini daha yaxşı anlamağa kömək etsin, bu problemlərin həllində isə biz hamımız maraqlıyıq.
İcazə verin bu yolda bizə uğurlar arzulayım. Diqqətinizə görə təşəkkür edirəm.
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatıb.