-
- 24-09-2019, 14:50
- 1 247
İlham Əliyev və Vladimir Putin görüşəcəklər - Dmitri Peskovdan açıqlama
Rusiya prezidenti Vladimir Putin bir neçə ölkənin liderləri ilə birlikdə oktyabrın 3-də Soçidəki "Valdai Klubu"nun iclasında iştirak edəcək.
News24.az "Tass"-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Sessiyada Azərbaycan prezidenti İlham Əliyev, İordaniya kralı II Abdulla, Qazaxıstan prezidenti Kasım-Comart Tokayev, Filippin prezidenti Rodrigo Duterte iştirak edəcəklər. Kremlin nümayəndəsi həmçinin liderlərin iclasda çıxış edəcəyini bildirib.
D.Peskov iclasdan əvvəl Putin və həmkarlarının ayrıca ikitərəfli görüşlər keçirəcəyini də deyib.
"Valdai Beynəlxalq Müzakirə Klubu"nun XVI illik toplantısı 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixlərində Soçidə keçiriləcək. Builki mövzu "Şərqin şəfəqi və dünya siyasi sistemi"dir.