Paytaxtın 3 küçəsində qaz təchizatı DAYANDIRILDI
    • 5-10-2019, 14:04
    • 730

Paytaxtın 3 küçəsində qaz təchizatı DAYANDIRILDI

Paytaxtda M.Araz və Ş.Rəhimov küçələrinin kəsişməsində qaz xəttində qaz sızması aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Sızmanın ləğvi ilə bağlı Ş.Rəhimov, C.Hacıbəyli və M.Əlizadə küçələrində bir qrup abonentin qaz təchizatı dayandırılıb.