Sahibinin gözünün qabağında BMW yandı kül oldu -Bakıda + VİDEO
    • 6-10-2019, 12:15
    • 745

Sahibinin gözünün qabağında BMW yandı kül oldu -Bakıda + VİDEO

Nizami rayonu ərazində avtomobil yanıb. 
News24.az xəbər verir ki, hadisə Laçın Ticarət Mərkəzinin arxasında, Bəhruz Nuriyev küçəsində qeydə alınıb. 
Hadisə şahidlərinin sözlərinə görə, BMW markalı avtomobil işlək vəziyyətdə olarkən qəfil alışıb. 
Əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub. Qısa zamanda maşını söndürmək mümkün olub. 
Nəqliyyat vasitəsinə quraşdırılan qaz sistemi avtomobilin yanmasına əsas səbəb kimi göstərilir.