10-PP-222 qeydiyyat nişanlı
    • 9-10-2019, 23:10
    • 2 498

10-PP-222 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" belə yandı

Bakının Xəzər rayonu ərazisində avtomobil yanıb.

News24.az xəbər verir ki, hadisə aeroport şossesində, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb.

Belə ki, 10-PP-222 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil qəfildən alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.