Qayınatasına ad günü sürprizi etmək istədi, ÖLDÜ - FOTO
    • 7-10-2019, 12:39
    • 1 151

Qayınatasına ad günü sürprizi etmək istədi, ÖLDÜ - FOTO

Qayınatasına sürpriz etmək istəyən şəxs canından olub.

News24.az xarici KİV-ə istinasən xəbər verir ki, ABŞ-da yaşayan 61 yaşlı Riçard Dennis ona doğum günü sürprizi hazırlayan 37 yaşlı kürəkənini öldürüb.

Norveçdən Floridaya qayınatasının ad gününü təb etməyə gələn Kristofer Berqan bu barədə heç kimə xəbər verməyib. R.Dennisin evinə gələn kürəkən qapını döydükdən kolların arxasında gizlənib. Daha sonra gizləndiyi yerdən çıxaraq ad gününü təbrik edən K.Berqanı oğru zənn edən qayınata onu əlindəki tüfənglə ürəyindən vurub. 

Hadisə yerinə gələn polis, Riçard Dennis haqda heç bir cinayət işinin açılmayacağını deyib.