82 yaşlı nənə EVİNƏ GİRƏN OĞRUNU DÖYDÜ - VİDEO
    • 24-11-2019, 22:20
    • 1 055

82 yaşlı nənə EVİNƏ GİRƏN OĞRUNU DÖYDÜ - VİDEO

82 yaşlı qadın evinə girən oğrunu döyüb.

News24.az WHAM TV-yə istinadən xəbər verir ki, hadisə ABŞ-da yaşanıb. Uilli Mörfi adlı qadın gecə yatmağa hazırlaşdığı zaman qapısının döyüldüyünü deyib. O, qapını açmaq istəməsə də oğru evə daxil ola bilib. 

Bu zaman illərdir idmanla məşğul olan, 100 kq çəki qaldıra bilən, "Body Building"çi nənə stulu ona çırpıb. Əsəblərinə hakim ola bilməyən qadın yerə yıxılan oğrunun üzrəində çıxaraq, onu tapdalayıb. Daha sonra isə onun üzünə şampun tökərək kötəkləyib. 

Evə gələn polislər gördükləri mənzərənin qarşısında təəccübləniblər. Oğrunu xəstəxanaya göndərən polislər 82 yaşlı nənə ilə şəkil çəkdiriblər.