18 yaşlı gənc atasının görüşdüyü qadını evində öldürdü - FOTO
    • 30-10-2018, 11:35
    • 1 046

18 yaşlı gənc atasının görüşdüyü qadını evində öldürdü - FOTO

İzmirdə yaşayan 18 yaşlı gənc, atasının sevgilisini bıçaqlayaraq öldürüb.

News24.az xəbər verir ki,  qızı Havva Çaydan xəbər almayan atası onun evinə gedib. Qapını açan olmadığına görə,  əlindəki açarlarla evə daxil olan ata, qızını qanlar içində görüb. Hadisə yerinə gələn təcili yardım onun öldüyünü bildirib. 

Şübhəli olaraq saxlanılan gənc, atasının 3 uşaq anası Havva Çayla sevgili olduğunu bildiyi üçün cinayət törətdiyini bildirib.

Qeyd edək ki,  Havva Çayın yoldaşı 2016-cı ildə küçə ortasında öldürüldükdən sonra, o  atasının yaşadığı binaya köçüb.

Şəlalə Ağayeva