Zaqatalada 35 yaşlı kişi faciəvi şəkildə öldü

Zaqatalada 35 yaşlı kişi faciəvi şəkildə öldü Hadisə

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin m* yiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.