-
- 8-10-2019, 16:35
- 1 080
"Elə bil qabağındaki göysatandır!..." - "Maşın"dan uzaqlaşdırılan Namiq ÖZÜNDƏN ÇIXDI
Ötən gün "Maşın şou"da aktyor Məcid Hüseynov aşıq Namiq Fərhadoğlunu uzaqlaşdırıb.
News24.az xəbər verir ki o, şoudan çıxarılması barədə saytımıza bunları söyləyib:
"İnsan dünyaya bir dəfə gəlir. Gələndə də, gərək kişi kimi yaşayasan. Şouda ilk duelə mən çıxdım, amma hədəfin kim olduğu haqda fikirləşməmişdim. Sonra Kərim məni təhqir etdi və dilinin bəlasına düşdü. Oteldə olarkən Məcid məndən şəkilinin atılmasını istədi, hədəfində Aysun olduğunu bildirdi. Mənə balasının canına and içdi, hətta söyüş qoydu ki, səni çıxartmayacam. Məcid kimə lazımdır?! Kimdir ona səs verən?! Aysun verilişin ortalarında artıq bildi ki, hədəf o deyil, ona görə də, onun qalması üçün səs istədi. Rəqsanənin imkanı var, illərlə şou-biznesdədir, ətrafı genişdir qoymaz ki, qızı çıxarılsın. Şou müddətində 100 dəfə hədəfini dəyişdi sonda məni çıxartdı. Mən çıxıb gedəndə, Məcidlə sağollaşanda qulağıma dedi ki, "Yıxmısan, day məni kəsmə". Hamısı o qədər sevinirlər ki... Nə olub, elə bil ki, Qarabağı almısız. Uduzmağımıı normal qarşıladım. Mən Məcidin ikiüzlülüyünü ortaya çıxardım, onu ifşa elədim. Sən 50.000 maşına görə balanı öldürürsən?! "Maşın" şouda ən güclü iştirakçı Kəmalə Piriyevadır. Onlardan heç biri mənim yanımda qalib ola bilməzlər".
Namiq Fərhadoğlu söhbət əsnasında Kərim Abasova cavab verib:
"Dövşan onun özüdür. Mən kişi kimi oyunumu oynayıb, Kərimi çıxartdım. O, düzgün danışmır".
Aşıq şoudakı qadın həmkarlarının da ünvanına bir neçə kəlmə deyib:
"Xanımlarla hörmətlə yanaşmaq lazımdır, amma bir yerə qədər. Əgər o həddini aşırsa, mədəni sürətdə başa salmaq lazımdır. "Maşın" şouda Aysunla dalaşdıq, sonra üzr istədi. Daha sonra isə Ayan ilə mübahisəm oldu. Mənim aşıq sənətimdə xidmətlərim olub, bəs, onlar nə ediblər? Klip çəkdirirlər, mahnı yazdırırlar, gündə maşın, ev alırlar. Bunlar xidmətdir, bəyəm? Ayana dedim, bir az sadə ol. Anlamadı məni, elə bil ki, qarşısında dayanan göyərtisatandır. Yola verdim, dedim, həddini aşma, xanımsan".
Sevda Bayramova