-
- 18-10-2019, 09:36
- 1 055
Tramp "ağılsız" adlandırdığı Ərdoğan haqda fikrini dəyişdi: "O, LİDERDİR"
ABŞ prezidenti Donald Tramp, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı dostu adlandırıb və Vaşinqtonun Ankaraya qarşı sanksiya tətbiq etməyəcəyini vurğulayıb.
News24.az “Tass”-a istinadən xəbər verir ki, D.Tramp bunu jurnalistlərə danışarkən deyib: "Prezident Ərdoğanı təbrik etmək istərdim. O, mənim dostumdur. Aramızda problem yaranmadığına görə şadam. Düzgün addım atdı və mən bunu həqiqətən də təqdir edirəm".
D.Tramp Türkiyəyə qarşı sanksiyalara ehtiyac qalmadığını bildirib. ABŞ prezidenti türkiyəli həmkarını noyabr ayında Vaşinqtonda qəbul etməyə hazır olduğunu da deyib:"Deyə bilərəm ki, bu çox aydındır. Bəli, o, gələcək. Əla addım atdı, O, liderdir".
Donald Tramp, ABŞ-ın Suriyanın şimalında atəşkəs barədə Türkiyə ilə razılaşmanın belə erkən əldə olunacağına inanmadığını etiraf edib. "Hər şeyin bu qədər sürətli, yaxşı olacağını olacağını düşünməmişdim. Bu, ABŞ, Türkiyə, tərəfdaşlarımız, kürdlər və ümumiyyətlə sivilizasiya üçün böyük gündür”