Məktəbə silahlı hücum - 2 ŞAGİRD ÖLDÜ - VİDEO
    • 15-11-2019, 09:34
    • 1 157

Məktəbə silahlı hücum - 2 ŞAGİRD ÖLDÜ - VİDEO

Məktəbə silahlı hücum olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kaliforniya məktəblərindən birində baş verib. Məktəbə silahla hücum edən yeniyetmənin atəş açması nəticəsində azı 6 şagird yaralanıb. Onlardan 2-si xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən 16 yaşlı Nataniyel Berhou daha sonra intihara cəhd edib. Özünü də güllələyən yeniyetmə xəstəxanay yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib. 

Hadisə ilə bağlı araşdırma aparılır.