Qatarların gediş-gəliş vaxtı dəyişməyib
    • 17-06-2019, 18:49
    • 875

Qatarların gediş-gəliş vaxtı dəyişməyib

“Bayram günləri ilə əlaqədar olaraq Azərbaycan dəmir yolu stansiyasında qatarların hərəkət cədvəli dəyişməyib”. 

Bunu News24.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sevinc Qədirova deyib. 

Onun sözlərinə görə, bayram günlərində də sərnişinlər qatarların xidmətindən adi günlərdəki kimi istifadə edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcələsindən çıxarışda göstərilir ki, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Afaq Mirayiq