-
- 10-10-2019, 12:55
- 1 695
"İfritə!..." - "Maşın"da iki tanınmış BİR-BİRİNİ QIRDI - VİDEO
"Maşın" şounun növbəti günü də qalmaqalsız ötüşməyib.
News24.az bildirir ki, günorta saatlarında aktrisa Zümrüd Qasımova ilə Xalq artisti Fatma Mahmudova arasında söz savaşı yaşanıb. Şouda yayımlanan süjetdən də bəlli olub ki, Xalq artisti ad çəkmədən iştirakçılardan birinə söz atıb və ondan incidiyini söyləyib: "Mənim heç kimlə işim yoxdur. Amma kiminsə mənimlə işi olsa, getməyinə səs istəyəcəm. Mənimlə kəllə-kəlləyə gəlməyin. Bir nəfər hörmətsizlik etdi, ondan üzümü döndərmişəm".
Zümrüd Qasımova isə ona söz atıldığını anladığı üçün həmkarından həmin sözlərin ona aid olub-olmadığını soruşub. Cavabında isə aktrisa "Sən kimsən? Sən, heç kimsən!" sözlərini eşidib. Bu zaman Qasımova Mahmudovanın ünvanına "Ayıb olsun sizə!" ifadəsini işlədib.
"Ayıb olsun sənə ki, yaşca səndən böyük insana bu cür ifadə işlədirsən. Mən ayaq üstə qalmışdım, mənə yer vermədin. Səni sildim",- deyə Mahmudova cavab verib.
Bundan ürəyi soyumayan Fatma Mahmudova az sonra yenidən Zümrüd Qasımovanın ünvanına sərt sözlər işlədib: "İfrit...o mənim gözümdə artıq ifrit oldu. O qədər sevdiyim insan öz hörmətsizliyinin qurbanı oldu".
Canlı efirdə videomaterialda baş verənləri müzakirəyə çıxaran şounun aparıcısı Murad Dadaşov mikrofonu Zümrüd Qasımovaya uzadıb. O isə barışdıqlarını və Xalq artistindən üzr istədiyini bildirib.
Sevda Bayramova