-
- 15-10-2019, 01:23
- 983
"Maşın"dan ayrılan Zümrüd: "Heç kimə imkan vermərəm ki, mənə o sözü desin"
Zümrüd Qasımova "Maşın şou"da yaşananlarla bağlı danışıb.
News24.az xəbər verir ki, tanınmış aktrisa şouda pərdəarxası məqamlara aydınlıq gətirib:
"Məni təəcübləndirən iştirakçılardan biri Fatma Mahmudova oldu. Şouda biz özümüzü sığortalamaq üçün birinin şəklini atmalıydıq. Elə ola bilər ki, 3 şəkil üst-üstə düşə bilər. Bu bizdən asılı deyil. Kimsə buna qruplaşma deyir, təsadüfən də Fatma xanımın adı çıxdı və o bir əlavə şəkli atan mən idim. Ondan sonra o insanın mənə qarşı aqressiyası yarandı. "Maşın” ətrafında mənə "sən kimsən” dedi. Kimliyindən asılı olaraq heç kimə imkan vermərəm ki, mənə o sözü desin. Sonra o səs verməyə çıxanda məni oyundan kənarlaşdıracaqdı. Ayan Babakişiyeva onu hiss etdi və əlini çəkdi. Bu şoyda qazandığım insanlardan biri də Ayan oldu. Fatma xanımla qalmaqal oldu, sonradan barışdıq. Müdriklük yaşla deyil, yaşadıqlarınladır. 20 yaşında elə insanlar var ki, müdrikdir və yaxud da əksinə. Daha sonra Fuad Musayevlə də aramızda problem oldu. O bəzi şeylərdə məni günahlandırmağa çalışdı. Onun etdiklərini unuda bilmərəm".
/Azxeber/