"Bakı Kart" istifadəçiləri balansı onlayn  artıra BİLƏCƏK - ŞAD XƏBƏR
    • 10-10-2019, 17:02
    • 2 711

"Bakı Kart" istifadəçiləri balansı onlayn artıra BİLƏCƏK - ŞAD XƏBƏR

Gələn ilin ilk yarısında Bakı şəhərinin sakinləri və qonaqları paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart" təmassız ödəniş kartlarının balansını onlayn qaydada artıra biləcəklər.

News24.az
-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun özlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır. M.Ağayev bildirib ki, kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacaq: "Şəhərin ictimai nəqliyyatının tam olaraq kart sisteminə keçidi özü ilə digər bir yeniliyi gətirəcək – sərnişinlərə bütün avtobus marşrutlarının hərəkətini real vaxt rejimində izləyə biləcəklər. Bu gün “BakuBus”ın avtobuslarının hərəkətini internet səhifəsindən necə izləmək olursa, eləcə də digər marşrut avtobuslarının hərəkətini də görmək mümkün olacaq".