Azərbaycanda pensiyaçı qadınlar kişilərdən çoxdur- Statistika
    • 11-10-2019, 09:58
    • 1 191

Azərbaycanda pensiyaçı qadınlar kişilərdən çoxdur- Statistika

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir. Belə ki, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən News24.az-a verilən məlumata görə,
onlardan 57 faizi (763 260 nəfər) qadınlar,  43 faizi (587 420 nəfər) kişilərdir.

O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697  nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.