İlham Əliyevdən icra başçısı ilə bağlı SƏRƏNCAM
    • 12-10-2019, 16:15
    • 720

İlham Əliyevdən icra başçısı ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Qoca Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 13-də Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun 60 yaşı tamam olur.