Mingəçevir İES-də yenidən yanğın başladı? – “Azərenerji”-dən AÇIQLAMA
    • 5-07-2018, 13:25
    • 1 081

Mingəçevir İES-də yenidən yanğın başladı? – “Azərenerji”-dən AÇIQLAMA

Mingəçevir şəhərində yerləşən İstilik Elektrik Stansiyasında yenidən yanğının baş verməsi ilə bağlı yeni videogörüntü yayımlanıb.

 Yayılan videogörüntülərin yeni olduğu, hazırda İES-də güclü yanğının başladığı bildirilir.

“Azərenerji”dən verilən məlumata görə yayılan videogörüntülər başqa zamanda çəkilən görüntüdür: “Hazırda Mingəçevir İES-də heç bir yanğın halı yoxdur. Bu məsələ ilə bağlı mən İES-lə əlaqə saxladım heç bir hadisə yoxdur. Görüntülər bir neçə günə aid görüntülər ola bilər”.

//Bizimyol.info