Qırmızı işıqda yolu keçən qadını maşın vurdu, heç nə olmamış kimi durub getdi – ANBAAN VİDEO
    • 12-10-2019, 22:46
    • 747

Qırmızı işıqda yolu keçən qadını maşın vurdu, heç nə olmamış kimi durub getdi – ANBAAN VİDEO

Piyadanı avtomobil vurub.
News24.az xəbər verir ki, Avtosfer.az-ın təqdim etdiyi görüntülər təxminən bir ay əvvəl Bakı şəhərində çəkilib.  
Nizamlanan piyada keçidindən yol avtomobillərin olsa da, qadın yolu keçməyə çalışır. Bu zaman avtomobillin biri tərəfindən vurulmaqdan canını qurtarır.  
Lakin geri qayıtmaq əvəzinə qaçaraq irəli atılır. Bu zaman onu görməyən digər avtomobilin sürücüsü qadını vurur.  
Zərbənin gücündən qadın bir neçə metr kənara düşərək yıxılır. Bu zaman əlindəki telefonu da kənara düşür.  
Amma xoşbəxtlikdən qadın ciddi xəsarət almır. Yerindən qalxır və heç nə olmamış kimi yoluna davam edir.  
Bu arada, kənara düşən telefonunu ona qaytaran digər şəxs qadına qalxmaqda köməklik edir.