-
- 14-10-2019, 09:30
- 1 075
Azərbaycan-İran sərhədində insident - HƏRBÇİMİZ YARALANDI - FOTO
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
News24.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 2019-cu ilin 12 oktyabr tarixində saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmaqla sərhəd pozucusu təqib edilmiş, ərazidə axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılıb.
Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərmiş, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirmişdir. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilmişdir, vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.
Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilmiş, Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.
Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.