-
- 14-10-2019, 14:04
- 805
Sərnişin avtobusunda 4000 siqaret KEÇİRMƏK İSTƏDİ - FOTO
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Mercedez-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan Respublikasının iki vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan ediləsi hər hansı bir predmetin olmadığını bildiriblər. Daha sonra sərnişin avtobusuna gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtobusunun arxa qapısının girəcəyində yerləşən tullantıların atılması üçün nəzərdə tutulan və ön cihazlar panelinin sağ hissəsində əşyaların qoyulması üçün nəzərdə tutulan yerin altındakı boşluqlardan, gömrük nəzarətindən gizlədilən 800 ədəd "Senator Grand Vırgınıa", 3000 ədəd "Kent Nanotek 2" və 200 ədəd "Kent Nano" markalı siqaretlər aşkar edilib.