“ASAN xidmət”də Yaponiyanın MƏDƏNİYYƏT GÜNLƏRİ
    • 14-10-2019, 14:44
    • 727

“ASAN xidmət”də Yaponiyanın MƏDƏNİYYƏT GÜNLƏRİ

Oktyabrın 14-də Sabirabad regional "ASAN xidmət" mərkəzində Yaponiyanın mədəniyyət günləri tədbiri keçirilib.

News24.az xəbər verir ki, bu,  ASAN könüllüləri tərəfindən multikulturalizm mövzusunda reallaşdırılan  silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə həmin ölkənin milli geyimləri, mətbəxinin ən məşhur nümunəsi olan suşi nümayiş etdirilib.

Həmçinin  milli mətbəximizin təamları hazırlanaraq xüsusi guşədə təqdim olunub.

Mərkəzin könüllüləri tərəfindən oriqami üsulunda hazırlanmış əl işlərinin sərgisi də baş tutub.

Yaponiyanın milli bayramları ilə əlaqədar olan guşədə isə həmin bayramların rəmzləri nümayiş olunub.