Gəncədə “Mercedes” 3 QADINI VURDU
    • 14-10-2019, 16:42
    • 795

Gəncədə “Mercedes” 3 QADINI VURDU

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Hərəkətdə olan “Mercedes” markalı avtomobil şəhərin Şah İsmayıl Xətai prospektində yolu keçmək istəyən üç piyadanı vurub. 
 
Hadisə zamanı piyadalar - 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızı xəsarət alıb.
Piyadalar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. /Qaqfaqzinfo/